HƏMAS İsrail ordusunun Qəzza şəhərində hərbi əməliyyata başladığı bir vaxtda qalan 47 israilli girovun fotolarını dərc edib və onlarla vidalaşmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, fotolar Fələstin radikal hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadalarının Teleqram kanalında yayımlanıb.
“Netanyahunun səbirsizliyi səbəbindən Qəzzada əməliyyat başlamazdan əvvəl vida fotosu çəkdik”, – deyə HƏMAS-ın bəyanatında vurğulanıb.
Əliyar Xəlil
Globalinfo.az














