HƏMAS İsrailə daha bir meyiti təhvil verəcək

HƏMAS İsrailə daha bir meyiti təhvil verəcək

HƏMAS İsrailə bu gün daha bir girovun meyitini təhvil verəcəyini açıqlayıb.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, meyit gecə saatlarında təvil veriləcək, lakin İsrail tərəfi bu barədə rəsmi bildiriş almadığını bildirir.

Məlumata görə, meyit Qəzzanın cənubunda, Xan Yunisdə aşkarlanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı çərçivəsində HƏMAS İsrail həbsxanalarında saxlanılan 2000-ə yaxın fələstinlinin qarşılığında 20 girovu azad edib. Bundan əlavə, hərəkat əsirlikdə ölən 28 girovdan 15-nin qalıqlarını təhvil verib.

Meyitlərin qaytarılması Qəzza zolağında ölən girovların saxlandığı binaların geniş şəkildə dağıdılması ilə çətinləşir.