HƏMAS-ın yeni lideri o oldu

HƏMAS-ın yeni lideri o oldu

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümündən sonra xaricdəki nümayəndəliyinin rəhbəri Xaled Maşal bu vəzifəyə təyin edilib. 

Globalinfo.az xəbər verir ki,  bu barədə Livanın “LBCI” portalı məlumat yayıb.

Bildirilir ki, artıq girovların azad edilməsi ilə bağlı danışıqları yeni təyin edilən Maşal aparacaq.

HƏMAS rəhbərliyinin Türkiyə, Qətər və Misiri Yəhya Sinvarın ölümü ilə bağlı məlumatlandırdığı qeyd olunur.