HƏMAS-ın lideri Məhəmməd Sinvar Qəzzada İsrail ordusu tərəfindən öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı deyib.
“Biz HƏMAS-ın idarəçilik qabiliyyətinin aradan qaldırılmasında dönüş nöqtəsinə çatdıq. Biz Məhəmməd Sinvarı aradan qaldırdıq”, – Netanyahu bildirib.
Xatırladaq ki, ayın 13-də İsrail ordusu Xan Yunisdə Avropa xəstəxanasının altında mövcud olan qərargaha zərbələr endirib. Hücumun məqsədi Sinvarın məhv edilməsi olub.
Aysel Əliyeva
Globalinfo.az














