HƏMAS daha iki girovu “Qızıl Xaç”a təhvil verdi – FOTO

HƏMAS daha iki girovu "Qızıl Xaç"a təhvil verdi - FOTO

HƏMAS İsraillə 7-ci mübadilə razılaşması çərçivəsində iki girovu təhvil verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrailli girovlar Tal Şoham və Avera Mengistu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Proses Rafahda baş tutub.

Onlar Qəzza zolağında IDF-yə (İsrail Müdafiə Qüvvələri) təhvil veriləcək.

Qeyd edək ki, razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

İsrailin isə 602 məhbusu azad etməyi planlaşdılır.

HAMAS azad etdiyi iki girovu BQXK-ya təhvil verib