HƏMAS daha 4 cənazəni təhvil verdi

HƏMAS daha 4 cənazəni təhvil verdi

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza zolağında girovların qalıqlarının olduğu daha 4 cənazəni qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Qırmızı Xaç tərəfindən təqdim olunan məlumata əsasən, dörd girovun cəsədi olan tabutlar onlara təhvil verilib və hazırda Qəzza sektorunda İMQ və ABŞ ordusunun bölməsinə doğru yola salınıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 13-də İsrail hərbçiləri Qəzza sektorunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları vasitəsilə dörd girovun qalıqları olan tabutları qəbul edib.