1700944258 1700931011 2023 11 25t102547z 964630496 mt1eyeim260738 rtrmadp 3 hamas released israeli hostages.jpg

HƏMAS hərəkatı girov və əsirlərin mübadiləsinə dair razılaşmaya sadiqliyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsariyə istinadən məlumat yayıb.

HƏMAS hərəkatı bu gün axşam saatlarında Qəzza zolağında saxlanılan 20 girovu azad edib.

O, bunun müqabilində 39 mülki fələstinlinin azad edildiyini qeyd edib.

“13 israilli girov və daha 7 əcnəbi Qəzzanı tərk edəcək”, – deyə əl-Ənsari açıqlayıb.

Onun sözlərinə görə, girovların azad edilməsində ləngimə Qətər və Misirin iştirakı sayəsində aradan qaldırılıb.

Qeyd edək ki, bundan öncə “Əl-Cəzirə” HƏMAS-ın girov mübadiləsini təxirə salacağı haqda məlumat yaymışdı. Buna səbəb kimi isə İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsi göstərilirdi.

24 noyabrda qüvvəyə minən dördgünlük atəşkəsin ilk günündə HƏMAS 25, İsrail 39 girovu azad edib.

Paylaş: