Ukraynada sülh güc yolu ilə əldə edilməlidir – Devid Kemeron

“Ukraynada sülh güc yolu ilə əldə edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron almaniyalı həmkarı Annalena Berbok ilə apardığı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin NATO ilə Rusiya arasında toqquşmanın qarşısını almağın vacib olduğunu deyib. 

“Avropada və dünyada bu münaqişənin sona çatmasını istəyən hər kəs bilməlidir ki, sülhə yalnız güc yolu ilə nail olmaq mümkündür. Bu döyüşdə ukraynalılara kömək edəcək bütün silahları Kiyevə vermək lazımdır. Bu, Ukraynaya itirilən ərazilərini geri qaytarmağa imkan verəcək. Biz gərginliyə yol açmırıq, Ukraynanın özünü müdafiə etməsinə şərait yaradırıq”, – Kemeron vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az