“Bilmək olmaz yeni nazir nələr edəcək” – İqtisadçı

Məcnun Məmmədovun kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunması ictimaiyyətdə maraqla qarşılanıb. Gözlənilməz təyinat bu sahədə hansı yeniliklərin olacağı, regionlarda kənd təsərrüfatının inkişafı ilə bağlı lazımı tədbirlərin görülməsilə bağlı nə kimi addımların atılacağı mövzusunda müzakirələrə səbəb olub.

Bəs yeni nazirdən gözləntilər nələrdir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli yeni nazirdən müəyyən gözləntilərin olduğunu bildirib.
İqtisadçı M.Məmmədovun daha dəqiq nələr edəcəyi barədə bir söz deyə bilməyəcəyini söyləyib:

“Bizdə problem ondan ibarətdir ki, vəzifəyə təyin olunan şəxslər vəzifəyə təyinatından sonra dərhal öz proqram tezislərini açıqlamırlar. Biz hələ də bilmirik ki, prioritetləri nədir, hansı sahələrə önəm verirlər, problemlərin həlli yollarını nədə görürlər.

Məcnun Məmmədov

Mövcud məsələlərlə bağlı ipucu, açıqlama olmadığına görə, fəaliyyətinin hansı yöndə tənzimlənəcəyini, hansı istiqamətdə ağırlıq olacağını indidən demək çətindir. Amma ən azından yeni nazir bu sahədə təcrübəlidir, özəl sektorda çalışıb.

Ümid edirəm ki, kənd təsərrüfatı sahəsində olan mexaniki problemlərin həlli üçün proqram və müəyyən tezisləri mövcuddur və yaxın zamanlarda da onu ictimaiyyətlə bölüşəcək”.

Zaira Akifqızı
Globalinfo.az