Həkimlər “beş yaşına qədər yaşamaz” demişdilər – 20 yaşı oldu

Həkimlər “beş yaşına qədər yaşamaz” demişdilər - 20 yaşı oldu

Həkimlərin proqnozlarına baxmayaraq, hidranensefaliyalı amerikalı qadın 20 yaşını qeyd edib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Nebraska ştatından olan Aleks Simpson hidranensefaliya adlı nadir xəstəliklə dünyaya gəlib. Bu xəstəlik zamanı insanın demək olar ki, beyni olmur.

Lakin həkimlərin “beş yaşına qədər yaşamaz” proqnozlarına baxmayaraq, Aleks 20 yaşını qeyd edib. Onun ailəsi bunu tibbi bir möcüzə adlandıraraq, qızın heyrətamiz dərəcədə həssas və dözümlü olduğunu vurğulayır.

“İyirmi il əvvəl çox qorxmuşduq, amma inancımız bizə həqiqətən də yaşamağa kömək etdi”, deyə qızın atası Şon Simpson bildirib.