Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı – VİDEO

Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı - VİDEO

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin həkimi onun ölüm səbəbini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, həkim Gülənin Pensilvaniyada yerləşən Saint Luke Xəstəxanasında təbii səbəblərdən öldüyünü deyib.

Onun sözlərinə görə, Gülən xəstəxananın 251 nömrəli palatasında 4 gün qalıb:

“Fətullah gülən 20 oktyabr 2024-cü il saat 21:20-də təbii səbəblərdən vəfat etdi. O, xəstəxanamızda yatılı xəstə idi və bir neçə sağlamlıq probleminə görə müalicə alırdı”.

Onun son zamanlarda tək başına gəzə bilmədiyi və yaddaş problemi yaşadığı bildirilib.

Əliyar Xəlil
Globalinfo.az