Həkimdən həyəcan təbili: Yeni virus yayıldı, sürprizlərə hazır olun!

Həkimdən həyəcan təbili: Yeni virus yayıldı, sürprizlərə hazır olun!

Son günlər mənşəyi bəlli olmayan virus ölkəni cənginə alıb. İddia olunur ki, bu, donuz qripi ilə COVİD-19-un birləşməsindən yaranan yeni xəstəlikdir.

Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, COVİD-19 pandemiyası rəsmən bitsə də, epidemiyaları və omikron ştamının mutasiya variantları davam edir:

“Bu gün ayrı-ayrı ölkələrdə identifikasiya olunmuş ştamlar haqqında məlumatlar mövcuddur. Həmçinin, pandemiyadan başqa hər il qışda virus infeksiyaları tüğyan edir. İstər qrip, istər inoviruslar, istər koronavirusun soyuqdəymə törədən 4 forması hər il peyda olur və bu vəziyyətlə üzləşirik”.

Həkimdən həyəcan təbili: Yeni virus yayıldı, sürprizlərə hazır olun!

A.Qeybullanın sözlərinə görə, 21-ci əsrin “virus əsri” olduğunu nəzərə alaraq, sürprizlərə hazır olmaq lazımdır:

“Karantin, şəxsi gigiyena qaydalarına riayət etməliyik. İnsanlarımız bəzən maska taxmadan, gigiyena qaydalarına riayət etmədən, məsafə gözləmədən yaşayırlar. Ona görə də bu cür yoluxmalar davam edir.

Hazırda dünyanın hər yerində yoluxma var.  Belə vəziyyətdə yeganə yol şəxsi gigiyena və karantin qaydalarını gözləməkdir”.

Zaira Akifqızı
Globalinfo.az