Hərbçimiz Bayraq qaldıranda sülhməramlılar… – İrəvanda xaos

Azərbaycan hərbçilərinin rus sülhməramlılarının müşayiəti ilə Həkəri körpüsündə Azərbaycan bayrağı qaldırması erməni ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, erməni siyasətçilər, jurnalistlər Rusiyanın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılıb xəbərdarlıq edilməsini tələb edirlər.

Ermənistan parlamentinin deputatı Babken Tunyan isə bildirib ki, İrəvanın reaksiyası dövlət maraqlarına xələl gətirəcək şəkildə olmamalıdır.

“Doğrudur, səfirin XİN-ə çağırılması qanunauyğundur, amma başa düşməliyik ki, bu, vəziyyətimizi daha da çətinləşdirər. Hansı münasibətin maraqlarımıza xələl gətirməyəcəyi ölçülüb-biçilməlidir. Bu addım müttəfiqlik münasibətlərinə ziddir”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az