Stoltenberqdən Rusiya ilə bağlı bədbin proqnoz

“Ukrayna savaşının bitməsindən sonra Rusiya ilə Qərb ölkələrinin münasibətləri normallaşmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Münasibətlər əvvəlki kimi olmayacaq. Ukraynada toplar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməyə dəyməz. Qərb Rusiyanı diqqətdə saxlamalıdır, çünki onun tabeliyində böyük resurslar var”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az