tramppp

ABŞ Prezidenti Donald Tramp keçdiyi tibbi müayinələrin nəticələrinin çox yaxşı olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

Tramp idrak qabiliyyətlərini ölçən testdən yenidən səhvsiz keçdiyini bildirib.

Onun sözlərinə görə, müayinələr “Walter Reed National Military Medical Center” tibb mərkəzində aparılıb.

ABŞ lideri bildirib ki, mürəkkəb hesab olunan koqnitiv testdə 30 mümkün baldan 30 bal toplayıb.

“Bu testi artıq dördüncü dəfə verdim və hər dəfə maksimum nəticə göstərdim. ABŞ prezidentlərindən heç biri bu səviyyədə təsdiqlənmiş koqnitiv testdən keçməyib. Mən isə 30-dan 30 bal toplamışam. Ümumilikdə 120 sualın hamısına düzgün cavab verməyim yüksək intellektual göstəricilərimin sübutudur ”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, planlı tibbi müayinələr zamanı onun sağlamlığı ilə bağlı hər hansı problem aşkarlanmayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: