637a762707be0637a762707be11668970023637a762707bde637a762707bdf

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 7-ə çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Beləliklə, yanğında ölənlərin sayı 7-yə yüksəlib.

***

Saat 04:02

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 6-a çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin baş verməsinə səbəb malların düzgün saxlanmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması olub.

Bu barədə İstintaq Komitəsi açıqlama yayıb.

***

Saat 00:38

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bir nəfərin taleyi barədə məlumat yoxdur.

***

Saat 00:07

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 4-ə çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər daha iki nəfərin meyitini aşkarlayıb.

***

20.11.2022

Saat 23:18

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğın söndürülüb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

***

Saat 22:19

Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğında iki nəfər ölüb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, – deyə bildirib.

***

Saat 22:17

Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğın lokallaşdırılıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, lokallaşdırılan yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib.

O da qeyd olunub ki, yanğının baş verdiyi ərazidə havada zərərli maddələrin maksimal konsentrasiya həddi qeydə alınmayıb.

***

Saat 18:00

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğının söndürülməsinə üç helikopter və bir yanğınsöndürən qatarı cəlb olunub.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.

***

saat 17.23

Moskvanın mərkəzində anbar binası yanır.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, Komsomolskaya meydanı yaxınlığındakı binada yanğın 2 min kv.m sahəni əhatə edir.

Rusiya Dəmir Yolları yanğının sərnişinlər üçün təhlükə törətmədiyini və qatarların hərəkətinə təsir etmədiyini açıqlayıb.

637a767ae602b637a767ae602c1668970106637a767ae6027637a767ae6029

Paylaş: