Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədov stüardessa ilə mübahisə etdikdən sonra ABŞ-a uçan təyyarədən uzaqlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, o, yanvarın 19-da UFC 311 turnirinin keçiriləcəyi Los Ancelesə gedirmiş. Keçmiş idmançı təcili çıxışın yaxınlığında oturub. Stüardessa Nurməhəmmədovdan yerini dəyişməyi xahiş etsə də, o, bunu etməyib. Daha sonra mübahisəyə bort bələdçisi müdaxilə edib.
Nəticədə idmançı təyyarədən endirilib. Onun ardınca keçmiş çempionu müşayiət edən dostları da nəqliyyat vasitəsindən düşüblər.
Safura Bənnayeva
Globalinfo.az














