
Çilinin paytaxtı Santyaqodakı prestijli internat məktəbində “Molotov kokteyli” partlayıb. Hadisə nəticəsində 34 şagird və bir müəllim xəsarət alıb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, şagirdlərdən 11-nin vəziyyəti ağır qiymətləndirilir.
Yerli polis hadisənin şagirdlərin məktəbin tualetində “Molotov kokteyli” hazırlayarkən baş verdiyini deyib. Partlayış yerində yanacaq dolu butulkalar və kanistrlər aşkar edilib. Bunların yandırıcı qarışığın hazırlanmasında istifadə olunduğu ehtimal edilir.
Polis yeniyetmələrin “Molotov kokteyli”ni etirazlarda istifadə etmək üçün hazırladıqlarını düşünür.
Səhiyyə naziri Ximena Agileranın sözlərinə görə (AFP-yə istinadən), məktəbin beş şagirdinin həyatı təhlükə altındadır.














