Hazırda yeni dünya nizamı yaradılır – Narışkin

Hazırda yeni dünya nizamı yaradılır - Narışkin 

“Avrasiyada bütün dünyada stabilliyin təmininə imkan verən yeni təhülkəsizlik arxitekturası yaradılır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Qərb bloku yeganə güc mərkəzi deyil. Çin, Hindistan, Rusiya var, kifayət qədər güclü ərəb dövlətləri və digər güclər var. Avrasiyada ümumilikdə yeni təhlükəsizlik arxitekturası qurulur və bu, regionda stabilliyi təmin edəcək”, – o bildirib.

Narışkin yeni dünya nizamının qurulmasının həmişə çətin və uzun proses olduğunu qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az