Hazır olun: Akopyan Əminə Ərdoğana deyib ki… – Qazaryandan ŞOK

Hazır olun: Akopyan Əminə Ərdoğana deyib ki… - Qazaryandan ŞOK

“Ermənistanın birinci xanımı Anna Akopyan 44 günlük müharibədən əvvəl Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanı Şuşada çay içib muğam dinləməyə dəvət etmişdi, lakin bunun müharibə ilə mümkün olmayacağını demişdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Edqar Qazaryan deyib.

O, Akopyanın Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündə də eyni təklifin təkrarlana biləcəyini qeyd edib:

“Birinci xanım Mehriban Əliyeva 2021-ci ildə Şuşada ailəsi ilə birlikdə muğam festivalında iştirak edib çay içirdi. O zaman artıq Anna Akopyan Qarabağdan qaçmışdı. İndi Nyu-Yorkda Türkiyə prezidentinin həyat yoldaşı ilə görüşüb. Yəqin ki, onu da muğam dinləmək və çay içmək üçün İrəvana dəvət edib. Belə görünür ki, bu dəfə də Türkiyə rəhbəri ailəsi ilə birlikdə İrəvanda çay içib, muğam dinləyərkən Paşinyan və Akopyan Londona, Berlinə qaçıb, velosiped sürəcəklər. Qarabağ itirildi, erməniləri yeni faciələr gözləyir”.

Ayşən Mustafa
Globalinfo.az