Havanın temperaturu 8° aşağı enəcək

Noyabrın 06-dan 07-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 06-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Globalinfo.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Yarımadanın bəzi ərazilərində yağışın intensivləşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.