y 1

Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir çox ünvanda eyni vaxtda əməliyyat həyata keçirilib.

    Prokurorluq tərəfindən əməliyyatla bağlı yayılan açıqlamada bildirilib ki, “İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi çərçivəsində yanvarın 31-də saat 07:00-dan etibarən İstanbul, Ankara, Muğla və Yalova vilayətlərində (cəmi 21 ünvanda) axtarış və saxlama tədbirləri həyata keçirilib. Nəticədə narkotiksilah-sursat ələ keçirilib.

    Saxlanılan məşhurların siyahısında Hasan Can Kaya, Yusuf Aktaş, Emirhan Çakal, Mazlum Aktürk Mert, Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Bercan Güven, Fırat Yaylanın da adları var.

    Ölkə xaricində olduğuna görə, haqqında qiyabi saxlanılma qərarı çıxarılan məşhurlar da (Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca, Nisa Bölükbaşı) var.

    ***11:11

    Türkiyəli aparıcı Hasan Can Kaya və “Reynmen” ləqəbi ilə tanınan müğənni Yusuf Aktaş saxlanılıb.

    Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar narkotiklə bağlı əməliyyat çərçivəsində tutulublar.

    İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Hasan Can Kaya və Yusuf Aktaşla yanaşı 5 nəfər də saxlanılıb.

    Xatırladaq ki, daha əvvəl bu istintaq çərçivəsində aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıblar.

    Paylaş: