Kamala Harrisin ABŞ-da keçiriləcək prezident seçkisində qalib gəlmək şansı daha yüksəkdir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşrinin dərc etdiyi məqalədə deyilir.
ABŞ-da keçirilən sorğu göstərir ki, Demokratlar Partiyasının namizədi Kamala Harris qalib gələcək.
Harris Pensilvaniya, Viskonsin və Miçiqanda, Respublikaçı Donald Tramp isə Arizona, Corciya və Şimali Karolinada qalib gələcək. Nevada ştatında səslər iki namizəd arasında bərabər bölünə bilər.
Qalan 43 ştatda nəticələr 2020-ci ildəki kimi olarsa, Harris qalib gəlmək üçün lazım olan 270 seçici səsini qazanacaq. Tramp isə cəmi 262 səs alacaq.
Yeni məlumatlar onu göstərir ki, keçən həftə ilə müqayisədə Harrisin Şimali Karolina və Arizonada rəqibi ilə fərqi 1 faiz bəndinə qədər azalıb.
Eyni zamanda, nəşr yazır edir ki, Tramp səsvermənin nəticələrinin həlledici ola biləcəyi Şimali Karolina, Corciya və Pensilvaniya ştatlarında qalib gələrsə, 270 seçici səsi ala bilər.
Müşviq Tofiqoğlu
Globalinfo.az