kamala harris

ABŞ-ın keçmiş vitse-prezident Kamala Harrisin ölkənin sabiq prezidenti  Co Baydenlə gərgin münasibəti olub.

Globalinfo.az xəbər verir ki, bu barədə o, xatirələrində qeyd edib.

“Baydenin natiqlik bacarıqları aşağı səviyyədə idi və ictimai nitqdə özünə inamı yox idi. Onlar 2024-cü il prezident seçkilərində birgə kampaniya zamanı fəaliyyətimi məhdudlaşdırdılar. Bu, aramızdakı əməkdaşlıqda sistemli problemləri nümayiş etdirirdi.

Bayden yarışı erkən tərk etdikdən sonra gərgin vəziyyət pisləşdi və mənə tam kampaniya aparmaq üçün cəmi 107 gün qaldı. Səylərimə baxmayaraq, 2024-cü ilin noyabrında keçirilən seçkilərdə Trampı məğlub edə bilmədim”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: