Haniyə belə öldürülüb: 2 ay əvvəl yerləşdirilən bomba…

Haniyə belə öldürülüb: 2 ay əvvəl yerləşdirilən bomba...

İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.

Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksindəki qonaq evində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur və mühafizə olunur.