Hamilə qadın və körpəsi faciəvi şəkildə öldü – TƏBİB-dən açıqlama

Hamilə qadın və körpəsi faciəvi şəkildə öldü - TƏBİB-dən açıqlama

Fevralın 25-də 1990-cı il təvəllüdlü qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, həkim-mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb: “Təxminən saat 15:10 radələrində hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb. Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib. Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit təşrih olunmaq üçün təhvil verilib”.

Qeyd olunub ki, ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək.

***09:09

Göygöldə hamilə qadın və bətnindəki körpə ölüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin onu və bətnindəki körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ana-ve-korpesi-dogus-vaxti-oldu