Türkiyənin yeni MİT rəhbəri təsdiqləndi

 

Türkiyə Milli İstehbarat Təşkilatının rəhbəri vəzifəsinə İbrahim Kalının namizədliyi təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Ərdoğan bununla bağlı sərəncam imzalayıb.

İbrahim Kalının MİT rəhbəri təyin olunacağı barədə məlumat Nazirlər Kabinetinin yeni tərkibi elan edilərkən mediaya sızdırılmışdı.

Qeyd edək ki, bundan öncə prezidentin sözçüsü olan Kalın bu postda yeni kabinetin Xarici İşlər Naziri Hakan Fidanı əvəz edəcək.