Kuryerlər Hüseyn Həsənovu məhkəməyə verdilər – SƏBƏB

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun suşi restoranının kuryerləri onu məhkəməyə veriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Mash” Teleqram kanalı məlumat yayıb.

Xəbərə görə, “Banda Foods” şirkətinin kuryerləri müqavilə üzrə çatdırılma haqqını ödəmədiyinə görə ondan 500 min rubldan çox təzminat tələb ediblər.

Qeyd edək ki, sözügedən restoran 2023-cü ildə açılıb və bağlanmasına səbəb vergi bəyannaməsinin olmaması, həmçinin blogerin Federal Vergi Xidmətinə borcu olmasıdır.

Safura Bənnayeva
Globalingo.az