Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbəri təkzib edib.
Globalinfo.az bildirir ki, bu barədə Türkiyə XİN-dən TASS-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.
***16:51
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.
Globalinfo.az bildirir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.














