Hakan Fidan üç ölkəyə rəsmi səfər edəcək

Türkiyə Xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniya, Bolqarıstan və Rumıniyaya rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Fidanın rəsmi səfərləri ilə bağlı yazılı açıqlama verib.

Görüşlərdə regional və qlobal hadisələrin, eləcə də ikitərəfli münasibətlərin müzakirə ediləcəyi bildirilib.

Açıqlamada nazir Fidanın səfərlər çərçivəsində türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi qeyd edilib.