peskov

“Rusiyalı jurnsalistlərin ABŞ-da saxlanılması media azadlığı prinsiplərinə ziddir”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Jurnalistlərin rəsmiləşdirmə işlərini tamamlamaları, giriş icazələrini almaları və bütün lazımı prosedurları yerinə yetirməsindən sonra saxlanılması yolverilməzdir”, – Peskov bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  “İzvestiya” qəzetinin əməkdaşlarının ABŞ-da saxlanıldığını açıqlayıb. O, jurnalistlərin noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün bu ölkəyə səfər etdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: