Hakan Fidan ABŞ və Suriya ilə danışıqlar apardı

Hakan Fidan ABŞ və Suriya ilə danışıqlar apardı
Antalyada keçirilən NATO Xarici İşlər Nazirləri Qeyri-rəsmi Toplantısı çərçivəsində mühüm diplomatik görüşlər baş tutub. Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ dövlət katibi Marko Rubio və Suriya xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə ayrı-ayrılıqda və üçtərəfli formatda görüşlər keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Hakan Fidan və Marko Rubio arasında keçirilən ikitərəfli görüş Belekdəki NEST Konqres Mərkəzində baş tutub. Türkiyə Xarici İşlər Nazirliyi görüş barədə sosial media hesabında paylaşım edərək, tədbirdən fotoları da ictimaiyyətlə bölüşüb.

Bundan əlavə, diplomatik mənbələrin yaydığı məlumata görə, eyni məkanda Türkiyə-ABŞ-Suriya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş də keçirilib. Danışıqlarda nazirlərlə yanaşı, nümayəndə heyətləri də iştirak edib.

Bu görüşlərin NATO toplantısı çərçivəsində bölgədəki siyasi proseslər, təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirilir.

Aysel Əliyeva
Globalinfo.az