Xocalının Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.
Globalinfo.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.
Bu mərhələdə Xocalıya 14 ailə (55 nəfər) köçürülüb.
***14:09
Bu gün Xocalı rayonunun Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb.
Globalinfo.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
***09:09
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Globalinfo.az xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə – 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə – 42 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
















