Hadrut ermənisi ən böyük arzusunu açıqladı

Hadrut ermənisi ən böyük arzusunu açıqladı

“Hökumətimiz tamamilə Rusiyaya arxalanıb, ona görə də Ermənistanın gələcəyindən qorxurlar”.

Globalinfo.az xəbər verir ki, bunu Qarabağdan Ermənistana köçən Hadrut sakini Levon Hayryan deyib.

Hayryan Qarabağdan köçən ermənilərin Ermənistanda qalmaq istəmədiyini, əsasən Rusiya və Fransaya sığınacaq üçün müraciət etdiklərini bildirib:

“Biz Fransadan humanitar sığınacaq istəyirik, çünki Ermənistanda özümüz üçün gələcək görmürük. Burada sonumuz siyasi baxımdan da qaranlıqdır. Bu hökumət  “artsax”ın sonunu gətirdi, indi Ermənistanın da sonunu gətirəcək. Onlar Ermənistanı qorumaq üçün heç bir addım atmırlar. Necə ki, Qarabağ məsələsində ruslara arxalandılar, indi də eyni vəziyyətdir. Hazırda Tavuşda, Sünikdə rus əsgərləri var, onlar niyə bizim ərazilərimizdədirlər?”

Qeyd edək ki, Qarabağda Ermənistana köçən bir qrup şəxs İrəvandakı Fransa səfirliyinin qarşısında aksiya keçirərək bu ölkədən sığınacaq tələb edirlər.

Ayşən Mustafa
Gloablinfo.az