Hacıyevdən media ilə bağlı vacib sözlər: “Ən yaxşı yol budur”

Hacıyevdən media ilə bağlı vacib sözlər: "Ən yaxşı yol budur"

“İlk Azərbaycan qəzetini “Əkinçi”nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, “Əkinçi”də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməyin ən yaxşı yollarından biri media savadlılığını artırmaqdır:

“Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik. Bu, xüsusilə sosial media savadlılığı sahəsində, uşaqlar və məktəblilər arasında çox vacibdir”.