Son günlər Bilgəhdə Hacı Qalib Salahovun mübahisələrə səbəb olan villasının sökülməsi ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Bu haqda Globalinfo.az-da dünən məqalə dərc olunub. Məqalədə bildirilirdi ki, Hacı Qaliblə qonşu olan bir neçə məşhur şəxsin də villalarının sökülməsi təhlükəsi yaranıb. Həmin şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov, AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, tanınmış iş adamları İsgəndər Xəlilov və Fərhad Əhmədovdur.
Onu da bildirək ki, Fərhad Əhmədov Hacı Qalib Salahovun villasının sökülməsi prosesindən narahat olub və Azərbaycana gəlib. O, villasının sənədləşmə işləri ilə bağlı bəzi cəhdlərə əl atır. Eləcə də digər villa sahiblərinin də əmlaklarının sənədləri ilə bağlı müəyyən proseslər aparmağa çalışdıqları deyilir.
Əməkdaşımız Hacı Qalibin villasının söküntüsü baş verən ərazidə olarkən ona bildirilib ki, böyük ehtimalla adları çəkilən digər şəxslərin də imarətləri söküləcək.
Əməkdaşımız Hacı Qalibin villasının söküntüsü aparılan ərazidə son prosesləri fotokameranın yaddaşına alıb.
Həmin görüntüləri oxucuların diqqətinə çatdırırıq: