Hacı Qalib Almaniyaya niyə gedib?

Sabiq deputat, Bilgəh bələdiyyəsinin keçmiş sədri Hacı Qalib Salahzadənin səhhətində problem yaranıb.

Bu barədə Globalinfo.az-a özü məlumat verib.

O, hazırda müayinə üçün Almaniyada olduğunu bildirib:

“Bir neçə gündür ki, Almaniyaya gəlmişəm. Burada müayinə olunuram. Şükür, salamatçılıqdır. Sadəcə, həkim müayinəsinə ehtiyacım var idi”.

Zaira Akifqızı
Globalinfo.az