Hərbçilərimiz qardaş ölkədə: Türkiyə MN-dən mesaj

Hərbçilərimiz qardaş ölkədə: Türkiyə MN-dən mesaj

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

“Birik, bərabərik və güclüyük! Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış məhəllələrdə terrorçularla mübarizə əməliyyat kursu” çərçivəsində təlim keçirlər”, – paylaşımda bildirilib.