Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin Ukrayna haqda proqnozu ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçinin keçmiş köməkçisi, Dövlət Dumasının sabiq deputatı Vasili Vlasov “Arqumentı i Faktı” qəzetinə bildirib.
“Ukrayna formasında və ölkə bayraqları rəngində olan tort var idi. Yadımdadır, Vladimir həmin tortu bıçaqla kəsərək Rusiyanın bir hissəsi olacaq ərazilərin sərhədlərini qeyd etdi. O vaxt müzakirə Krım, “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye ilə bağlı idi “, – deyə siyasətçi bildirib.
Vlasovun sözlərinə görə, Jirinovski Ukrayna münaqişəsinin həllinin qlobal geosiyasət məsələsi olduğunu vurğulayıb:
“O deyirdi ki, bu məsələ ilə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin məşğul olacaq”.
Əliyar Xəlil
Globalinfo.az