660324a36e9fd660324a36e9fe1711482019660324a36e9fb660324a36e9fc

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Globalinfo.az xəbər verir ki, qonşu ölkənin millisi Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda Yunanıstanla qarşılaşıb.

Gərgin keçən oyun 0:0 bitib. Əlavə olunan vaxtda da qol olmadığı üçün penalti seriyasına keçid alınıb.

Burada rəqibindən daha üstün (4:2) olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.

Paylaş: