Gürcüstandan Ermənistana gedən yol bağlandı – Səbəb

Gürcüstandan Ermənistana gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Yolun dumanlı hava şəraiti ilə bağlı görmə məhdudiyyəti yarandığı üçün bağlandığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az