6a7ecebd63ca66a7ecebd63ca717866953576a7ecebd63ca46a7ecebd63ca5

Bu gün səhər saatlarında Şəmkir stansiyasının ərazisində Gürcüstandan Bakıya gedən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.

Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

6a7ecebdce5c96a7ecebdce5ca17866953576a7ecebdce5c66a7ecebdce5c7 6a7ecebd96fb66a7ecebd96fb717866953576a7ecebd96fb36a7ecebd96fb4

Paylaş: