Gürcüstandakı etiraz aksiyaları başa çatdı

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyaları başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, parlament binasının girişinə toplanan etirazçılar həftə ərzində keçirilən etiraz aksiyalarının məqsədinə nail olduğunu açıqlayıblar.

Aksiya təşkilatçıları vətəndaşlara göstərdikləri dəstəyə görə təşəkkür ediblər.

Gürcüstanın dövlət himnini səsləndirən vətəndaş cəmiyyəti fəalları, vətəndaşlar ərazini dinc şəkildə tərk ediblər.