owl detail 620 a05dc597d8d0cbc0b4ab8a0ced531378

“Türkiyədə iyulun 26-da 50 dərəcədən yuxarı temperatur qeydə alınıb. Bu, rekorddur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Turkiye Today” nəşri Türkiyə Dövlət Meteorologiya Xidmətinin məlumatına istinadən məlumat yayıb.

“Türkiyənin Avropa hissəsində yerləşən Şırnak vilayətində 50,5 dərəcə istilik qeydə alınıb. Bu, 2021-ci ilin yayında Siciliyada qeydə alınan əvvəlki rekorddan 1,7 dərəcə yüksəkdir. Meteoroloqlar ötən gün ölkənin 31 vilayətində 40 dərəcədən yuxarı temperaturun müşahidə edildiyini bildiriblər. Onlar qeyd ediblər ki, ölkə ərazisində havanın temperaturu orta mövsümdən 6-12 dərəcə yüksək olub. Anomaliyaya səbəb qlobal iqlim dəyişikliyi olub”, – deyə bildirilib.

Bundan əvvəl Meteo Proqnozlaşdırma Mərkəzinin rəhbəri Aleksandr Şuvalov iqlim zonalarının dəyişməsi fonunda qeyri-adi soyuq avqust ayını vəd etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: