Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda 4,1 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar paytaxtdan 49 km aralıda yerləşən Dmanisi şəhərində qeydə alınıb.

Zəlzələnin episentri 7 km dərinlikdə yerləşir. Dəyən ziyan barədə məlumat yoxdur.

Müşviq Tofiqoğlu
Globalinfo.az