Gürcüstanda hökumət təsdiqləndi – Yeni baş nazir o oldu

Gürcüstanda yeni hökumət təsdiqlənib.

Globalinfo.az “Sputnik”ə istinadən xəbər verir ki, Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. Etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib.

Baş nazirlə birgə onun kabinetinin tərkibi də müəyyənləşib.

İliya Darçiaşivli Gürcüstanın xarici işlər naziri, Laşa Xutişvili maliyyə naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri postuna yiyələniblər.

Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin baş nazir təyin edilməsi haqqında fərmanı imzalayıb.