Ərdoğanın Nikoldan 5 tələbi var – Erməni ekspert

“Paşinyanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ilə bağlı Ankaraya səfər etməsinə baxmayaraq, Türkiyə Ermənistana qarşı iqtisadi sanskiyaları ləğv etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Benyamin Matevosyan deyib.

Türkiyə 1990-cı illərdə sərhədini bağladığı Ermənistana qarşı iqtisadi sanksiyaları ləğv etməyəcək. Ankara İrəvanın Bakının şərtlərini qəbul etməsini, sülh müqaviləsinin imzalanmasını, Qarabağın rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınmasını, anklavlar məsələsinin həllini, rus qoşunlarının bölgədən tamamilə çıraxılmasını istəyir” – Matevosyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az