gurcustan r

Gürcüstanda nazirliklərin sayı 12-dən 13-ə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.

Məlumata görə, əvvəllər Mədəniyyət Nazirliyinin tərkibində olan İdman Nazirliyi müstəqil quruma çevrilib.

Qeyd olunur ki, bu nazirliyə Şalva Qoqoladze rəhbərlik edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: