Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlanıb

2cca2623 70ae 3ec2 8d03 325c77635011 850

Gürcüstanın hakim partiyası 56,1 % səslə parlament seçkilərində qalib gəlib.

Globalinfo.az xəbər verir ki, “İmedi” televiziya kanalının sifarişi əsasında GORBI şirkətinin keçirdiyi çıxış sorğusunun nəticələri açıqlanıb.

Sorğunun digər nəticələri belədir: “Dəyişiklik Koalisiyası” – 12,6%, “Milli Hərəkat – Vahidlik” – 11,6%, “Güclü Gürcüstan” – 7%.

Çıxış sorğuları – məntəqədən çıxan seçicilərin rəy sorğusuna əsaslanır, onların hüquqi qüvvəsi yoxdur.

“Edison Research” təşkilatının apardığı sorğuya görə isə hakim partiya 40,9% səs toplaya bilib.

“Harris X” isə Gürcü Arzusunun 42% səs topladığını açıqlayıb.