
“Gürcüstanda inqilab olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, kənardan dəstək alan bəzi qrupların hökuməti devirmək istədiklərini bəyan edib.
Ötən gün teatr aktyorlarının paytaxt Tbilisidə hökumət əleyhinə tamaşa nümayiş etdirdiyini və bunun “hakimiyyətə qarşı inqilab cəhdi” olduğunu deyən Kobaxidze xarici mənbələrdən dəstək alan bəzi qüvvələrin son illər ölkədə bir neçə dəfə inqilaba cəhd etdiyini bildirib.
“Son üç ildə Gürcüstanda 3 inqilab cəhdi olub. Bu, 4-cü cəhddir. Hökumət olaraq ölkədə qeyri-sabitliyin yaradılmasına imkan verməyəcəyik”, – deyə Baş nazir qeyd edib.
Əliyar Xəlil